Ərdoğanın təklifi: Rusiya nümayəndə göndərə bilər!

DÜNYA 10:39 / 01.03.2024 Baxış sayı: 1423

Rusiya nümayəndə heyəti müvafiq göstəriş olarsa, Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır.

Yenises.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, əvvəllər İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski “Şot” Teleqram kanalına açıqlamasında deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın növbəti dəfə Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olması barədə bəyanatını şərh edərkən bildirib ki, tövsiyə olarsa, gedərik.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan ölkəsinin Moskva ilə Kiyev arasında danışıqlar üçün növbəti dəfə platforma təqdim etməyə hazır olduğunu bəyan edib.