Ərdoğan və Əsəd Rusiyada görüşə bilər -Kreml

DÜNYA 08:49 / 24.11.2022 Baxış sayı: 1392

Türkiyə və Suriya prezidentləri nəzəri olaraq Rusiyada görüşə bilər, lakin bununla bağlı razılaşma yoxdur.

Yenises.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşə biləcəyini istisna etməmişdi.