Emin Hüseynovdan "Qarabağ"ın matçına reaksiya

İDMAN 08:45 / 24.08.2022 Baxış sayı: 3738

Doğma Qarabağımızın yadigarı Qarabağ futbol klubunu növbəti dəfə Avroliqanın qrup mərhələsinə çıxması münasibətilə ürəkdən təbrik edir və bu sevinci bizə yaşatdığı üçün ona təşəkkür edirik!

Yenises.az  xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Tvitter hesabında yazıb.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində səfərdə “Viktoriya”ya 2-1 məğlub olmaqla UEFA Çempionlar Liqasından kənar qalıb.(axar.az)