Elnur Uğur Abdiyev :- Şuşaya əsən külək,

Ədəbiyyat 09:38 / 07.12.2022 Baxış sayı: 1818

 

Şuşaya əsən külək,

Təbrizə də bir baş çək.

Arazın sularına,

Sığal çəksən yavaş çək.

 

Arazın sularında,

Yosun bağlayıb Vətən!

Sahilin o üzündə,

Vətən deyir neçə mən.

 

O neçə mən mənində,

Vətən eşqi can verir!

Hər gün dildə duasın,

Vətənə qurban verir.

 

Şuşaya əsən külək,

Təbrizə də salam de.

Bir də azadlğınçün,

Burda özü-özünü

Qurban deyir balan,de.