Elnur Uğur Abdiyev : -  Salam, sükutun heykəli,adam!

Ədəbiyyat 09:26 / 05.09.2024 Baxış sayı: 710

Salam, sükutun heykəli,adam!

Salam,haqqın danışan dili adam!

Salam həqiqətin qalxan əli adam!

Salam.

Bilirəm bilirsən,

Bu dünyada ən gözəl natiq susqunlardır.

Ən gözəl nitq sükutdu.

Bu dünyada ən yaxşı sakin özündən qaçqınlardı,

Ən təntənəli cavab sübutdu.

Bunu da bilirsənmi,

Bu gün dünya özü- özünə tabutdu

Qaldırmağa çiyin yoxdur hələ?

Salam,sükutun heykəli adam!

Önünə düzülən güllər ilə

Şadsan,buna mən də şadam!

Sən həqiqətin qalxan əli,

Haqqın danışan dili,

Millətini sevən dəli kimi yaşadın.

Bəlkə, buna görədir daşın da danışır.

Sənə baxanda həqiqətin göz yaşımda danışır.

Sən sükutun səsinin sübutusan.

Dünyanın göbəyində ucaldılmısan.

Haqsan,bilirsən,

Susqunluq haqlılığın ən gerçək sifətidir,

Tanrının insana verdiyi mərifətidir.

Tanrı da sükutuyla danışır qəlblərdə.

Sən olan yerdə

Sevgi var.

O sevgi ki,

İnsanın baxanda hər gözündən Allah baxar