Elnur Uğur Abdiyev : - BOĞURAM

Bu qədər maskalı üzlər içində,
Gözümü boğuram.
Gözüm bir cüt gözdən su içməyəndə,
Özümü boğuram.
Baxıram maskalar maska taxırlar,
Su hara axırsa ora axırlar.
Mən onlara onlar mənə baxırlar,
Üzümü boğuram.
Nəsə deməyə də söz tapmır dilim,
Heyrətdən dizimə çatmayır əlim.
Bu qədər maskalı insan, nə bilim,
Sözümü boğuram.
\