Əlizadə NURİ : - Qazi

Ədəbiyyat 08:25 / 30.10.2024 Baxış sayı: 922

 

Yollar sənin ayağına,

Durub qaçır, qayıtmısan.

Səni bağrına basacaq

Hər alaçıq...qayıtmısan.

 

Gül sevmədin solsun deyə,

Ala gözlər dolsun deyə.

Vətən bütöv olsun deyə-

Unudub ayaqlarını

Sən yarımçıq qayıtmısan.

 

...Öpürdü Laçın alnını,

Öpəcək bacın alnını.

Örtsə də saçın alnını-

Alnı açıq qayıtmısan.