Əlirza HƏSRƏT -SALAVATI ŞEİR QADLN
Ədəbiyyat
20:59 / 14.05.2026
Baxış sayı: 492
Zikr eləyib namaz üstə,
Nə gözəl baş əyir qadın.
Tanrı eşqidir duası,
Salavatı şeir qadın.
Həmdəm sandım koğuşları,
Ahım hürkütdü quşları.
İşıq tutdu göz yaşları,
Haqq qapısı döyür qadın.
Tanrıya tutub üzünü,
Unudub dərdi,hüzünü.
Namaz Əhlidir,özünü,-
Gör nə gözəl öyür qadın