Ehtiram İlham - Səndən, məndən, ondan, bundan...
*****
Səndən, məndən, ondan, bundan
Bizə qalxmadısa heç nə.
Qış günün, ələnən qarda
Yaza qalxmadısa heç nə.
Tufanlar qopsa beynində
Qalarsanmı öz yerində?
Sən halalsansa, əyrin də
Düzə qalxmadısa heç nə.
İçində susmasa səsi,
Sönməsə eşqi, həvəsi...
Gözəlin işvə-qəmzəsi
Naza qalxmadısa
heç nə.
Boş ver, Ehtiram nə deyir?
Adam ha döy, ruhdu şair.
...Adamın yazdığı şeir
Saza qalxmadısa heç nə.
04.01.25