ƏbülfətMədətoğlu : - Çatırsan...

Ədəbiyyat 09:31 / 11.08.2024 Baxış sayı: 3905

 

Əlim boşda qalanda ,

Boşluq olan yalan da

Məni məndən alanda -

Sən hayıma çatırsan!..

 

Dişim dili didəndə,

Susdu dil də, didən də!..

Qəm bitəndə didəmdə -

Sən hayıma çatırsan!

 

Son nəfəsdə , son anda

İçim oddan donanda ...

Elə həmən o, anda -

Sən hayıma çatırsan!..

 

Sirri -xuda -sən - tilsim-

Əbülfət hardan bilsin ?!

Ruhuma bəlli sim-sim -

Sən , hayıma çatırsan!..