Əbülfət Mədətoğlu : - Yazıram...

Ədəbiyyat 08:51 / 30.03.2024 Baxış sayı: 2210

 

Axşam sənə yazmadım...

Ağrı imkan vermədi...

Səsimi göndərmək də -

Heç ağlıma gəlmədi!..

 

Qıvrıldım ilan kimi

Öz-özümə dolaşdım...

Son nəfəs alan kimi -

Ağrılarla dalaşdım!..

 

Həyat söndü gözümdə...

Tək bir ulduz işardı!

Ümid güldü üzündə -

Bunu o qız bacardı!..

 

Ovuşdurdum sinəmi...

Ovcumda qəm əridi...

Hiss etdim ki, əlimdə -

Bir xilas kəməridi!..

 

...Sənə səhər yazıram

Sən verdiyin ümidlə!..

Məni könlündə saxla -

Yaxanı da kilidlə!