Əbülfət Mədətoğlu  : - XƏYAL YOLU...

Ədəbiyyat 06:28 / 17.09.2023 Baxış sayı: 622

.

Yol çəkirəm indi yerdən göyəcən,

Döngələri düzəltmirəm, əymirəm...

Qoruyuram mən bu işin naxışın -

Köhnə yolun xətirinə dəymirəm!

 

Geyinmişəm qışlıq, yaylıq nə isə

Üzü ağdı gedəcəyim sonluğun...

İncimərəm , bu sirrim də deyilsə -

Xərcləyirəm hər günümün donluğun!..

 

Kimə, nəyə, necə gəldi təbəssüm-

Pay verirəm, olan qalan varımdan!

İstəyirəm hamıya xoş görünsün -

Ağrıları gizlədirəm arımdan!

 

...Yol çəkirəm, son arzumun ləpiri -

İmkan vermə , o. bu yolda küt getsin!..

Sənin ləprin , olsun ümüd çətiri -

Qoşalaşsın, ləpirimiz cüt getsin!