Əbülfət Mədətoğlu : - ÜSTÜNDƏ

Fikirlərim düyün düşüb -çözülmür
Oturmuşam Dərd daşının üstündə...
Bu halıma cəhd etsəm də , dözülmür -
Çadır qurub dərd başımın üstündə...
Yer həmənki, göy həmənki, mən həmən
Söz tökülən bal dodağın - mən əmən...
Bu talaya ha desən də sən çəmən -
Mən iz gördüm sol qaşının üstündə...
Əl çatan da, ün yetən də xoş qılıq,
Dərdi öymək aldanış və boş qılıq!..
Biz çox etdik bu ömürdə naşılıq -
Ümid üzdü göz yaşının üstündə!..