Əbülfət Mədətoğlu : - Tükənən səbir mənzərəsi

Ədəbiyyat 09:59 / 03.10.2023 Baxış sayı: 3161

 

Bunu da içib çırpacam,

Əlimi sınıq masaya...

Daha ehtiyac duyulmur -

"Səbir" adlanan kasaya!..

 

Dəyirman bildiyin edir,

Yeyir daş- daşın ömrünü!..

Hamı ziyarətə gedir -

"Yumağa " üzün kömrünü!..

 

Dualar dilin ucunda -

Ürəyin alt qatı -KƏLƏK!

Sevgiyə qapı açanda -

Görünür gözünə MƏLƏK!..

 

...Bunu da ruhum göyərtdi -

Durub söykəndim əsaya...

Mənə Bir Qadın öyrətdi -

Səbir yığmağı kasaya!..