Əbülfət Mədətoğlu  : - TOXUNUM

Ədəbiyyat 08:27 / 30.09.2022 Baxış sayı: 1246

 

Dondurduğun son duayam,

Nəfəsin dəymir, oxunum!..

Gizlətdiyin adım kimi -

Dil, dodağına toxunum!

 

Ruhum ola şimşək - çaxa,

Açıq qala sinə, yaxa...

Sən üzümə baxa, baxa -

Gül, dodağına toxunum!..

 

Sevgimi hər yana yayıb,

Məni qurbanlığın sayıb...

Çəkdiyimə demə " hayıf" -

Bil, dodağına toxunum!..

 

Qalmasa da başımda tel,

Hələ duyuq düşmədən el...

Başlamadan gözümdən sel -

Sil, dodağına toxunum!..

 

Günüm sənə günü gəlsin,

Gözlədiyin günü, gəlsin!

Talehimiz gülümsəsin -

Gül dodağına toxunum!..