Əbülfət MƏDƏTOĞLU : - TƏBƏSSÜMÜNLƏ

Xəyaldan kərpic kəsib
Divar hörürə,divar...
O divara boy verən .
Bir ağacəkib. suvar -
təbəssümünlə...
Gözümlə yol şəkirəm,
Yolsənəcən uzanır...
Gözlərimə təpirəm
Bir andaca qısalır -
təbəssümünlə...
Sözüm sözə calanır,
Söhbət dan yerin sökür...
İçimdə od qalanır
Közün üstümə tökür -
təbəssümünlə...
Sənsiz vaxtı üyütmək
Bu tarixin məsəli!
Ümidimüi böyütmək ,
Haqdan gələn təsəlli-
TƏBƏSSÜMÜNLƏ!