Əbülfət Mədətoğlu : - Saymışam

Naxışını bu kədərin, bu qəmin
Kibrit çöpün sayan kimi saymışam...
Heç bilmirəm bu kədərin həmdəmin -
Kimi seçib , yayan kimi , saymışam?!
Bəlli olan bu həsrətin soy adı,
Dəftərimdə neçə vərəq sayadı...
Yuxu ilə , yaşadığım həyatı -
Eyni bilib-ayan kim isaymışam!..
Övladların içində mən çıqqılılın -
Səsin udub, çıxarmayan çıqqırın!
Bilib özün daşın, qumun, çınqılın -
Hətta bir az qayan kimi saymışam!
Ərk payımı sevgim ilə qoşa bil,
Ürəyimi ürəyinə qoşa, bil!
Bir az silkin, bir azca da coşa bil -
Varlığıma SƏNİ həyan , saymışam!