Əbülfət Mədətoğlu : - Ruhumu çətir etdim

Səpdim hənrimi şeh tək
Tellərinə mən bir-bir...
Qatdım səsimi meh tək -
Səsinlə oldu əlbir...
Ruhumu çətir etdim
Yanınca gəzdim, getdim....
Hər kəsə, haya yetdim -
Ömrüm olsa da xəlbir!..
Könlümdə ümid şüydü,
Bu şüy tumurcuq düydü!..
Dizimə yollar döydü -
Sən də bir fikir bildir!