Əbülfət Mədətoğlu : - Pıçıltıların

Ədəbiyyat 09:32 / 24.01.2023 Baxış sayı: 1455

 

Sənə sükut xoş gəlir,

Mənə pıçıltıların...

Mənə sükut tuş gəlir -

Sənə pıçıltılarım!..

 

Bu nə təzatdı belə,

Təzə əzabdı, belə?!

Yoxsa söz atdı belə -

Mənə, pıçıltıların?!.

 

Gerçək olan budumu,

Əl , üzünü yudumu?!

Bir udumluq sudumu -

Sənə, pıçıltılarım?!.