Əbülfət Mədətoğlu :- Ömrümdəki iki məqam...

YAZARLAR 10:10 / 11.07.2024 Baxış sayı: 3219

Arxada bir zamankəsiyi qalıb... Elə bir zaman kəsiyi ki, mən o zamanın içərisində təkcə özümün  yox, həm də doğmalarımın, ailəmin ömrünə yazılan məqamların    sevinc  və  kədərini yaşamışam. Bu gün də həmin o sevinc   və  kədər  mənim və doğmalarımın həyatını bəzəyir. Deməli,insan yaşa dolduqca onu iki məqam daha çox özünə çəkir. Biri torpaq, biri də ətrafında  böyüyən körpələr, yəni nəvələr. Mən torpaq həsrətinin bütün acısını, bütün  yanğısını artıq 30 ilə yaxın   çəkdim...yaşadım... Yəni 1991-ci il oktyabrayının 30-dan bu acının, bu nisgilin nə demək olduğunu anbaan, saatbasaat  varlığımda hiss etdim və elə o hiss etdiyim ağrının içərisində də özüm də özümüçün ikinci bir ağrıya çevrildim. Ona görə də yazanda ki, "torpaq çəkir  adamı" mənə heç kim etiraz etmədi. Ən azından bu şeirə görə oxucular məni  qınamadı. Onlar da nə şayadığımı, nə duyduğumu, canımdan, qanımdan nələr  keçirdiyimi həm anlayışla qarşıladılar, həm də müəyyən mənada bu ağrıya öz  susqunluqları ilə təsəlli verməyə, ovutmağa çalışdılar. Şükürlər ki  ,  27 sentyabr 2020-c-  ildə başlayıb həmin ilin 8 noyabrda   ZƏFƏR  BAYRAMI  ilə  bitən  Böyük Vətən savaşımız   torpağ  ağrıma  məlhəm oldu!

 

O ki, qaldı  ikinci  məqama...Deməli  insanı çəkən, təbiiki, yaşlı insanı çəkən ikinci məqam nəvələrdi. Mən zaman-zaman qonşuda, qohumda"dövlətdə dəvə, övladda nəvə" deyən yaşlıların fikirlərini çox dinləmişəm.Amma etiraf edim ki, onların nəvə ilə bağlı söylədikləri mənə bütünlükləhopmamışdı. Elə ki, mənim də boynuma baba misiyası düşdü, onda anladım ki, səndemə yaşlı kişilər ağızlarının dadını bilirmiş. Baba sözünün şirinliyini, nənəsözünün təravətini qiymətləndirmək və onun işığında yaşamaq sən demə ayrı birdünya imiş.

Şükürlər ki, bir  zaman xəyal olan, indi ömrümün gerçək yazısı, gerçək mənzərəsidi. Xüsusilə bugerçəklik özünü mənim yaxamdan, əlimdən tutub evə doğru çəkən istəkdə ifadəolunur. Yəni işin başa çatması artıq mənim evə bir növü qaçmağıma, tələsməyimə  təkan verən nəvə səsinin, nəvə nəfəsinin cazibəsidi. Amma iki il öncə mən işdən  ayrılmağa da, evə getməyə də o qədər tələsmirdim. Necə deyərlər, dostların,yaxınların ətrafında hardasa çay süfrəsi arxasında və yaxud da dəniz sahilindəgəzməkdə, hansısa bir tədbirdə iştirakda... ötürdü vaxtım. İndi nəvələr çəkir.Özü də topsuz- tüfəngsiz, sözsüz- söhbətsiz nəfəslərilə, şirin kəlmələrilə,güclə ifadə etdikləri fikirlərilə. Yəqin ki, məni anlayırsınız. Yəqin siz də  yaşayırsınız bu hissləri. Ona görə də mən bu doğmalığın, yəni bu mühitin içərisində  anladığım həmin o torpağın və nəvənin, yəni uşağın yaşlı insanı özünə çəkməsininnə qədər böyük bir mənanın, nə qədər tutumlu bir həyat sirrinin gücü  qarşısında, ağırlığı altında susuram. Və düşünürəm ki, bu həm də onlara qoşulubəylənəndə məni uşaqlaşdırır, məni uşaqlığıma qaytarır. Necə deyərlər, mən də  uşaq oluram. Bax, İlahi güc, İlahi sevgi, həm də gözə görünmədən öz əhatə dairəsində  insanı yaşadan, hərəkət etdirən qüvvə məncə elə budu. Bu qüvvənin, bu gücün adıvə həm dadı yəqin ki, böyük hərflərdə yazıla bilən bağlılıqdı. Qan, hiss, duyğuvə bütövlükdə sevgi bağlılığı! Ailəyə, dünəninə, bugününə və sabahına olan bubağlılıq bəlkə də elə biz dünyaya gələn andan bizimlə birgə doğulur, bizimlə  birlikdə günləri, illəri, ayları başa vurur. Mən də öncədən dediyim kimi, bax  bu sirli, həm də köhnəliyi özündə ifadə edən iş otağımda kağıza köçürdüyüm  duyğularımı sizə anladanda bu təzə sözü də, yəni nəvələrlə bağıl fikirləri də  ifadə etimş oldum. Bu fikirləri bir tala çiçəyə bənzətsək, onun üzərindəki şeh  damlalarının da yəqin ki, öz yeri olar.

 

 

Vəd vermişdim -vədimi

Özüm unutdum,özüm...

Su səpdiyim  ocağın -

Közün unutdum,közün...

 

 

Bəllidi neylədiyi

Yaramın göynədiyi

Ucadan söylədiyi-

Sözün unutdum,sözün...

 

 

Bir dəli məhəbbətin

İçmək üçün şərbətin...

Bu yazıq Əbülfətin-

Özün unutdun,özün!

 

Hər kəs durduğu  yerdə, daha doğrusu, doğulduğu yerdə özünü güclü sayır, özünü güvəncli, arxalı,həm də bir az başqalarından səlahiyyətli hesab edir. Bu mənada götürəndə mənim  doğulduğum kəndlə paytaxt arasında çox böyük bir məsafə var. Mən o məsafəni hərgün xəyalən azı iki-üç dəfə gedib qayıdıram. Gedəndə də nəfəsim kəsilir,qayıdanda da. Gedəndə də gözlərim dolur, kirpiklərim nəmlənir, qayıdanda da  yanaqlarımdakı şırımları silmək, qurutmaq yadımdan çıxır. Gedəndə ümidlə,qayıdanda   xatirələrlə dönürəm... Bilmirəm bu nə qədər davam edəcək. Amma onu bilirəmki, hər şeyin sonu olduğu kimi, bu  səfərlərin də mütləq bir sonu olacaq.Həmin o mütləq sonluq özü ilə birlikdə uşaqlığımı, kəndimi, ordakı bütün nəyimvarsa, ləpirdən tutmuş dadını bildiyim bulaqlara qədər hər şeyi təzədən açacaq  qarşımda, təzədən göstərəcək hamısını mənə...

Bu, təkcə özümün  özümə təsəllim deyil, bu mənim inamımdı. Və yaxşı bilirəm ki, inamsız bu istəyə  qovuşmaq qeyri-mümkündü. Ona görə içimdəki inamın ətəyini əldən buraxmıram.Əksinə, onun daha da möhkəmlənməsi, ayağının yer tutması üçün özümü hər gün təkrar-təkrar  kökləyirəm. Necə deyərlər, hazırlıqlı bir duruma gətirirəm. Ola bilsin ki, buinamın şübhə ilə yaşayanların xətrinə dəysin, onların ironik təbəssümünə tuş gəlsin.Bundan da çəkinmirəm. Çünki onlar da öz havalarına kökləniblər və hamının eyni  kökdə olması yorucu olduğu qədər də mənasız görünə bilər. Yaxşı ki, hər kəs  özünə, öz içinin havasına köklənir...

Bəli, bu gün köhnəliyi   xatırladan bir otaqda köhnəliyin nişanəsi olan bir Allah bəndəsi düşüncələrini,yaşantılarını və bir az da duyğularını araya-ərsəyə qoydu. Zənnimcə, oxuyanlargörəcək ki, bu sözlərin, yəni bu yazının arxasında dayanan imza sahibi öz  yaşantılarını bölüşməyə qərarlı olub, bunu arzulayıb, buna söykənib. İndi necəifadə olundu, necə alındı, bu tamam başqa söhbətdi. Əsas odur ki, dünən bugünün bünövrəsidi. Köhnəlik yeniliyin alt qatıdı. Bunlarsız ayaqda durmaq,mübarizə aparmaq zənnimcə çətindir, hətta bəlkə mümkün də deyil. Çünki özülsüz,köksüz, köməksiz evi də, ağacı da külək daha tez yıxır, daha tez uçurur. Mən   daxilən, həm də inamıma görə özülü üst qatdan daha gərəkli saymışam. Və bir dəözülü ancaq düşüncədə, məntiqdə, xəyalda görməyi təsəvvür etmək mümkündü. Üstqat onsuz da göz önündədi. Bax elə bu yerdə göz önündə olan bir şeir parçasınıda yazıma əlavə edirəm. Zənnimcə, bu duyğular çoxunuzun ürəyindən gəlib keçir və  keçməyənlərin də yəqin ki, bir gün qapısını döyəcək.