Əbülfət Mədətoğlu : - İçində

Ədəbiyyat 07:20 / 23.01.2023 Baxış sayı: 1356

 

Ruhumu bir tor bürüyüb,

Çıxa bilmir tor içindən...

Yerim hər gün dərinləşir -

Ovulduqca gor içindən!..

 

Bir tilsimdi bəxt oyunu,

Cilovlayır vaxt oyunu!

Göstərə bilmir boyunu -

Batan səsim xor içindən!..

 

Təbəssümü qəhər etdim,

Həsrəti bir şəhər etdim...

Bu gecəni zəhər etdim -

Yataq dolu qor içində!..