Əbülfət Mədətoğlu : -  Duyğular

Ədəbiyyat 06:29 / 01.12.2023 Baxış sayı: 1852

 

Gözüm yola sancaqlı,

Qulağımsa bir səsə...

Ən əziz adam olur -

Müjdə!- verən hər kəsə.

 

Fikrin qərarsız anı,

Canı üzür, an, canı!

Arayıram dörd yanı -

Tapmaq üçün hər nəsə!..

 

Məni məndə "mat" edən,

Duyub olur "mat" yetən !..

Görüş yerinə gedən -

Yolu salsam da kəsə!..

 

Ağrılarım kükrədi,

Qalan ömrüm fitrədi!..

Zildə səsim titrədi -

Son ümüd qaldı pəsə...