Əbülfət Mədətoğlu : -  DÜŞMƏSİN...

Ədəbiyyat 08:47 / 22.09.2022 Baxış sayı: 1286

 

Üyünən dən, üyünən qum

Biri çaylaq, biri də şum...

Üyüdəndə gözümü yum -

Kirpik gözümə düşməsin...

 

Kağız da ağ, qələm də ağ

Sevinc də ağ, ələm də ağ...

Oxuyanda, diqqətlə bax -

Ləkə düşməsin sözümə...

 

Sudu hər tərəf - baxanda,

Axmadım, sellik axında...

Duran olmasın yaxında -

Kölgə düşməsin üzümə...

 

... Sən əl çatmayan dəyərsən,

Bütün dünyaya dəyərsən!

Eləcə bir "offf..." deyərsən -

Gələ bilməsəm özümə!..