Əbülfət Mədətoğlu : - DEYİLSƏ...

Ədəbiyyat 11:10 / 19.09.2023 Baxış sayı: 2874

 

 

 

Hər günümün adı bəlli, dadı da -

Sözə gəlməz, dilə yatmaz, deyilsə!

Uzaq gəzən doğmanı da, yadı da -

Qınamaram, xətirimə dəyilsə!..

 

Öz ömrümü ələyən də özüməm,

Ələnəni bələyən də özüməm!...

Göynəyən də, mələyən də özüməm -

Qəfil ya bel, ya da ki, qaş əyilsə!..

 

Ürəyimə hey deyirəm , səbir et,

Göz yaşıma bəbəyimi qəbir et!..

Sən də gülüm, bacardıqca , cəbir et -

Bu Əbülfət, o , Əbülfət deyilsə!