Əbülfət Mədətoğlu : - Çatmadı...
Ürəyimi kiritməyə
Gözümün yaşı çatmadı...
Həsrətimi üyütməyə -
Dəyirman daşı çatmadı...
Qaranlıq çökdü gözümə,
Kül pərdə çəkdi közümə...
Bir ümid qoşdum özümə -
Yaşıma yaşı çatmadı...
Əbülfət qumun ələdi...
Qatqıya, suya bələdi...
Hörüb Daş adam elədi -
Düşünən başı çatmadı...