Əbülfət Mədətoğlu  : -  Adına gecələri...

Ədəbiyyat 09:02 / 29.01.2023 Baxış sayı: 1579

 

Qəlbimdəki sevgini

Çox istədim qəlbimdən!..

Bu sevgi çıxarıbdı -

Qəlbimi qəlibindən!..

 

Yerlə göy arasında

Ya aşağı, yuxarı...

Gözümün qarasında -

Donur qəlbin buxarı...

 

İnancım, inamım da

Bu sevgidə tamlanır...

Tərk edilmiş limanda -

Hər gecə bir şam yanır...

 

... Adına gecələri

Bir kölgə düşür üstə...

Şamı alovlandırır -

Hıçqırtılı o səs də!..