Əbülfət Mədətoğl : -  Bu anımın şeiri

Gündəm, Ədəbiyyat 08:10 / 01.02.2023 Baxış sayı: 1419

 

çaylar necə daşırsa

mən də elə...

ağac necə aşırsa -

mən də elə...

duman necə yatırsa -

mən də elə...

günəş necə batırsa -

mən də elə...

qaya necə qopursa -

mən də elə...

damla necə hopursa -

mən də elə...

ilğım necə itirsə -

mən də elə...

söhbət necə bitirsə -

mən də elə...

bu anın süngüsündə

sətirlə məni belə...

ömrünün bir günündə -

xatırla məni belə!