Dədə Süleymanın barmaqları amputasiya olundu

MƏDƏNİYYƏT 16:08 / 28.09.2022 Baxış sayı: 3227

Əməkdar artist, "Dədə Süleyman" kimi tanınan Süleyman Abdullayevin səhhəti pisləşib.

Kult.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a sənətçinin ailəsindən məlumat verilib. Bildirilib ki, xanəndənin sağ ayağının iki barmağı amputasiya olunub:

"Baş barmağı kəsilmişdi. Son günlər daha bir barmağı qaraldı. 4 gün əvvəl əməliyyat olundu, birini də kəsdilər. Vəziyyəti çox ağırdır. Heç nə yemir, əlimiz göydə qalıb, bütün günü Allaha yalvarırıq. Sistemlər vurulur, gecəni səhərə kimi yatmır, halsızdır. Elə deyir ki, qoyun ölüm, ölmək istəyirəm, nəyimə lazımdır belə yaşamaq."