Ceyhun Bayramovdan  sülh AÇIQLAMASI

SİYASƏT 09:22 / 22.09.2022 Baxış sayı: 1399

“Azərbaycan hər zaman regionda dayanaqlı sülhün təmin olunması üçün davamlı addımlar atır. Azərbaycan bunu danışıqlarda iştirak etməsiylə təsdiq edib. Sülh çağırışı etmək böyük bir siyasi iradə və gələcəyə baxış tələb edir”. 

 Bu  fikirləri  REAL TV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, iki ilə yaxın müddətdə sülhlə bağlı çağırışlar Azərbaycan tərəfindən gəlib:

“Sülh müqaviləsinin hazırlanması təşəbbüsü cənab Prezident tərəfindən gəlib. Biz bu təşəbbüslərə hər zaman açıq olmuşuq. Son olaraq sentyabrın 19-da mənim Nyu-Yorkda Ermənistanın xarici işlər naziri ilə görüşüm oldu. Bu görüşün bir neçə istiqaməti var idi ki, bununla bağlı Xarici İşlər Nazirliyinin açıqlaması olmuşdu. Atəşkəsin pozulması və baş verənlərə baxmayaraq, biz sülhlə bağlı sadiqliyimizi həmin görüşdə nümayiş etdirdik. Bizim bu təklif ABŞ tərəfindən də yüksək qiymətləndirildi. ABŞ Dövlət Departamentinin də açıqlamasına diqqət yetirsəniz, orada tərəflərə sülhlə bağlı danışıqların davam etdiririlməsiylə bağlı çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın”.(publika.az)