CAMAL YUSİFZADƏ : - Bir payız gecəsi qayıdacağam!

AXTARIN,AXTARIN,AXTARIN MƏNİ
Həsrəti yağışda islatmaq üçün,
Bir payız gecəsi qayıdacağam.
Axtarın yağışı,gəzin gecəni -
Bəlkə gölməçədə tapdınız məni.
Axtarın,
Axtarın,
Axtarın məni.
Bir bahar səhəri qayıdacağam.
Axtarın sahili,gəzin dənizi,
Bəlkə təsadüfən,bəlkə yenidən
İsti qum üstündə tapdınız məni.
Gözləyin,
Gözləyin,
Gözləyin məni.
Bir qış nağılına qarışacağam,
Açın nənənizin nağıl boğçasın.
Dinləyin, gözləyin səhərə kimi.
Gözləyin,
Gözləyin,
Gözləyin məni.
Bir gün qayıdacağam
Yağış damlasında,mavi dənizdə,
Nağıl boğçasında axtarın məni.
Axtarın,
Axtarın,
Axtarın məni.
Bir gün qayıtmasam da
Gözləyin,
Gözləyin,
Gözləyin məni.
27.081968