Biz nə söyləyiriksə, onu da edirik - Çavuşoğlu

SİYASƏT 05:54 / 06.12.2022 Baxış sayı: 465

Türkiyə hazırda beynəlxalq diplomatiyada ən etibarlı tərəflərdən biridir. Çünki biz nə söyləyiriksə, onu da edirik, nə ediriksə, onu söyləyirik.

Yenises.az bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin yürütdüyü sülh, sabitlik və inkişaf siyasətinin ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verən nazir Rusiya-Ukrayna savaşının nəticələri və məlum sanksiyalar səbəbindən Şimal Dəhlizinin əhəmiyyətini itirdiyini və dünyanın diqqətinin Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yönəldiyini bildirib.