Behruz Nifteliyev : - _Azan gülləri___
Niyə darıxıram görən bu qədər?
Ağlayan bu qədər, gülən bu qədər.
Gözümdən düşənlər kəm qalmasaydı,
Olmazdı ürəkdə ölən bu qədər.
Dağ aşdım darışdı alaqlar mənə,
Mən dizə batırdım, ayaqlar mənə.
Doğmalar dağ oldu, ağ oldu neynim?
Bir ovuc təskinlik a yadlar, mənə!
Gəzərəm, sezərəm gözəl çölləri,
Bağlama "gülüşü günəş çöhrən"i.
Dodağın müşkmüdür, bədənin ənbər?
Ətrimi hopubdu Azan güllərin?
Tanrımı pay verib?.. Sehrinə bələd,
Səsimə hay verib, sevgimə bələn .
Taqətim ta qəti tükənir sənsiz,
Gedənlər qayıtmaz, gördünmü gələn?
Əllərin ovcumda bir içim suysa,
Sənə olan hissimi, nəfsimi duysan,
Zaman da dayanar əqrəblər susar,
...və EŞQ belədirsə və sevgi buysa!
12.09.2024