Bəhram Bilaloğlu -Ümid verən İlahinin
Ədəbiyyat
10:52 / 01.10.2026
Baxış sayı: 2134
Ümid verən İlahinin
Sonsuzluğa xətti vardır.
Bəslədiyin ümidlərin
Alt qatının səddi vardır.
Zahiri pak,batin ləkə
Satır yalan yalan üstdə.
Ümid adlı inam qurur
Varlığını verir büstdə.
Dar ağacı darda qalır,
Məzlum ona sarılanda.
Boşluqlara düşür adam,
Ümidləri qırılanda.
Tanrı bilmə Allahı sən,
Məkan ayrı,ruh ayrıdır.
Qarşısında diz çökdüyün
Büst başqadır,ah ayrıdır.