BARAT VÜSAL : - BİR GÜLÜN TARİXİ

Qənirə xanım Paşayevanın dünyasını dəyişdiyinə
kim inanar ki?Mən də inanmıram! Bir vaxtlar Təbrizə
babamız Şəhriyarın qəbrinə gül qoymaq üçün tələsdiyi
kimi yenə də yəqin ki, tələsik səfərə çıxıb...
Bakıdan Təbrizə bir gül apardı,
Şəhriyar qəbrinin üstə qoymağa.
Yox, gül aparmadı, könül apardı,
Şəhriyar qəlbinin üstdə qoymağa!
Gedirdi nur səpib yola, deyirlər,
Bu da bir xidmətdi Vətən yolunda!
Mənzilə çatdırıb, belə deyirlər,
Gül onu gül kimi tutub əlində!?
Tez çatmaq gərəkdi Təbrizə o gün,
Apardığı o gül solmasın, deyə.
Qorğanıb üstündə elə əsirdi,
Ona heç nə, bir şey olmasın, deyə!
Yaxşı ki, tərkinə götürdü Xızır,
Belə tez olmayıb heç kim Təbrizdə.
Gözünü yum, dedi,aç, dedi, açdı,
Yumdu-Bakıdaydı,
Açdı-Təbrizdə!
Baba qəbri üsdə gedən bir zəvvar,
O gün yarı adam, yarı gül oldu.
Apardığı gülsə, yox –yox, könülsə,
Bir dəstə gül oldu, sığmadı Ərzə,
Ağ gül, qırmızı gül, sarı gül oldu!
...Əzəli zəvvardı Əzəldən bəri,
Əbədi yoçudu, yoldadı canı.
Könüldədi canı, güldədi canı!
Dayanar ürəyi, gül yaşamasa,
Baba qəbri üstə gül daşımasa!