AZIX - TARİXİMİZİN İLK ÜNVANI

MƏDƏNİYYƏT 09:03 / 14.03.2023 Baxış sayı: 2185

Azərbaycantarixi özünün sivilizasiyaların başlanğıcından bu gün qədər keçdiyi yolun önəmlibir hissəsini təşkil edir. Yəni bizimözümüzə məxsus olan tariximiz böyük dünyanın, böyük sivilizasiyanın bir hissəsiolmaqla yanaşı, o həm də özümüzəməxsus çalarlarla zəngindir. Üstəlik, busivilizasiyanın, bu tarixin dünya tarixinə diktəsi də, olan təsir gücü dədanılmazdı. Ən azından böyük dünyanın tarixini vərəqləyəndə təkcə insanlarınyerdəyişmələri, kökləri yox, həm də onların izləri, bu izləri özündə ifadə edənmaddi mədəniyyət nümunələri araşdırma mövzusu olur. Nəticədə böyük köçün hər bir anında müxtəlif millətlərin,xalqların izi görünür. Bu da ondan xəbər verir ki, bütövlükdə insan cəmiyyətiözünün ilk anından, yəni başlanğıc nöqtəsindən bu günə qədər bir-birindən bu vəya digər formada nüfuz edə bilir.

Tariximizin ən qədimdövrləri təkcə tarix kitablarında yox, həm də abidələrimizdə, maddi-mənəvi dəyərlərimizdəöz əksini tapır. Bax, bu mənada Azərbaycan tarixini dünya alimlərinin diqqət mərkəzinəgətirib çıxaran bir səbəb də bu torpağın, bu coğrafi ərazinin qəldimliyidi. Həminqədimliyi də sübut edən arxeoloji qazıntıların araya-ərsəyə gətirdiyi maddi mədəniyyətnümunələri, mağaralar, qədim qalalar, kurqanlar, eləcə də qədim şəhərlərinqalıqlarıdı.

Zaman-zamanaparılan təhqiqat işləri, xüsusilə arxeoloqların israrlı axtarışları Azərbaycantarixinə öz töhfəsini verə bilib. Bax, bu mənada, bu prizmadan məsələyə baxandaonda aydın olur ki, dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanda Azıx mağarası öz qədimliyiilə yanaşı, həm də oradan tapılan müxtəlif əşyalar, eləcə də insan çənəsi birmənalışəkildə ölkəmizin dünya tarixinə, eləcə də öz tariximizə həm qədimlik baxımdan, həm də inkişafbaxımdan tutarlı mənbə olmuşdur.

Fikrimi bir azda dəqiqləşdirsəm, onda məlum olar ki, "Azıx adamı" əslində butorpaqda ən qədim insanın yaşının 400 min il bundan əvvələ aparıb çıxarır.

Azıx mağarasıQarabağın dağlıq bölgəsində, Xocəvənd rayonu ərazisində Quruçay sahilində yerləşir. Oxucuların diqqətinəçatdıraq ki, Sovet dönəmində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrutrayonunun ərazisi sayılan Azıx və Tağ kəndlərinin arasında yerləşən yüksəkdağlıq ərazinin olduğu bir yerdə tapılan Azıx mağarası Füzuli rayonundan 15 kmbir məsafədədir. Bu mağara kənardan o qədər də diqqəti çəkməsə də, amma onun içərisinədaxil olanda burdakı qeyri-adilik vəmağaranın həm genişliyi, həm dərinliyi insanı heyrətə salır.

Yeri gəlmişkən,xatırladım ki, mağara coğrafi baxımdan ölkəmizin cənub qərbindəki Kiçik Qafqazsıra dağlarının cənub-şərq yamacında, bir az da konkretləşdirsəm, Quruçayçayının sol sahilində yerləşir. Bu mağara ilk dəfə 1960-cı ildə Azərbaycanınçox böyük arxeoloqlarından biri professor Məhəmmədəli Hüseynov tərəfindən kəşfedilibdi. Doğrudur, mən həmin ərazidə, yəni Tuğ kəndində doğulduğumdanmağaranın yerli sakinlər tərəfindən hələ öncədən bəlli olduğunu bilirəm. Lakinməhz Məhəmmədəli Hüseynovun həmin mağarada qazıntılara başladığı dövrdən sonraburaya öncə ölkə tarixçilərinin, sonra dünya alimlərinin marağı artdı. Bir kəndsakini olaraq həmin mağarada qazıntıların aparılması prosesini izləmiş və qazılan torpağın artıq hissəsinin mağaradanbayıra daşınmasında iştirak etmiş birisi kimi bu gün də həmin məqamları olduğukimi xatırlayıram. Və rəhmətlik professorumuz Məhəmmədəli Hüseynovun qazıntılarzamanı tapılan hər bir əşya üçün, hər bir nümunə üçün az qala uşaq kimi sevinirvə qürur hissi keçirirdi. Biz bütün bunların nəyi ifadə etdiyini, hansı anlamıverdiyini təbii ki, o vaxtlar bir o qədər də başa düşmürdük.

Sonra zaman Azıxmağarasının kəşfinin nə demək olduğunu bizə anlatdı.

Onda öyrəndikki, dünya coğrafiyasında 4-cü pillədə dayanan bu tapıntı həm də həmin mağarada700 min il bundan əvvəl ocaq qalandığınıvə bu ocaq ətrafında müxtəlif izlərin olması ölkəmizin qədimliyinə, tariximizinzənginliyinə əyani bir sübutdu.

Çox böyük təəssüfləvurğulamaq istəyirəm ki, Sovetlər dönəmində digər abidələrimizə olan laqeydmünasibət Azıx mağarasından da yan keçməmişdi. Bu laqeydlikdən istifadə edəndüşmənlərimiz, yəni ermənilər öncə mağaranın adını dəyişib onu erməniləşdirməyə,yəni "Azof" kimi yazmağa,tarixə əlavə etməyə cəhd göstərdilər, daha sonra mağaradakı tapıntıların ermənilərə aidolduğunu aid etdilər. Hətta bu məsələ ətrafındamüəyyən fikirlər yaratmağa çalışmışdılar. Professor Məhəmmədəli Hüseynovbu barədə bizimlə söhbətlərində dəfələrlə vurğulamışdı ki, onun "ermənitarixini saxtalaşdırmaqda günahlandırıb, hətta partiya üzvliyi məsələsini gündəməgətirmişdilər".

Bəli, yaxşı ki,tariximizin, alimimizin, elimizin qədrini bilən, ona dəyər verən millət fədailəri,millət sevənlərimiz var. Məhz onların köməkliyi, onların dəstəyi professor MəhəmmədəliHüseynovu erməni böhtanından, erməni şərindən xilas edə bilmişdi.

Bu gün həmin osöhbətləri xatırlayanda yadıma ermənilərin hələ 1960-cı ildən Azıxa olaniddialarını 1989-cu ildə daha böyük, daha açıq şəkildə gerçəkləşdirmək uğrundaapardıqları işğalla yekunlaşması düşür. Bəlli olur ki, məkrli düşmən tariximizə uzatdığı qara əlinə hələki Azıxın"yaxası" keçib. Amma bu tarix həmişə təkrar olunduğundan biz mütləq oqara əlləri kəsəcək, Azıxın qədimliyinin Azərbaycana məxsus olduğunu özünəqaytaracağıq.

 

(Ardı   var)

 

ƏBÜLFƏTMƏDƏTOĞLU