Arzu Hüseyn :- SADƏCƏ

Ədəbiyyat 20:21 / 03.02.2025 Baxış sayı: 915

 

 

Duman deyil gözlərimdə, çəkinmə,

Səni görsə heyran olar sadəcə.

Öz xoşuyla bu inadkar ürəyim,

Gülüşünə qurban olar sadəcə.

 

Sinəm üstə inildəyən tar kimi,

Həsrətindir ömürlük qübar kimi.

Səndən başqa mənə dünya var kimi…

Həyat qara zindan olar sadəcə.

 

Uzaq durma, qollarınla sar məni,

Özgəsinə yar eləmə, yar məni!

Əgər getsən, yoxluğun vurar məni,

Zülüm olar, hicran olar sadəcə.

 

Savadsızam, hisslər dilə şah deyil,

Möcüzədir, qismət deyil, bəxt deyil.

Gələ bilsən , beş on dəyqə çox deyil,

Evimizdə bayram olar sadəcə.

 

Ay dəlisov hisslərimə hakimim,

Ay hər kəsim, ay hərşeyim, hərkimim,

Bu yaralı ürəyimə, Həkimim,

Görüşümüz dərman olar sadəcə.