Aida Adıgözəl : - Heydər Əliyev Bişkekdə  anıldı

MƏDƏNİYYƏT 15:23 / 12.03.2023 Baxış sayı: 3772

Bu gün Bişkekdə fəaliyyət göstərən TÜRKDİLLİ DÖVLƏTLƏRIN SIYASƏTINƏ DƏSTƏK FONDUNUN təşkilatçılığı, Gəncə Şəhər MKS-nin 24 saylı kitabxana filialının moderatorluğu ilə mərhum Prezidentimiz H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş "HEYDƏR ƏLİYEV - XALQA BAĞIŞLANMIŞ ÖMÜRDƏN ANLAR " mövzusunda Beynəlxalq elmi-praktik (onlayn) konfrans keçirildi.

Konfransda 11 ölkədən 30-dan çox görkəmli dövlət, elm, ictimai və mədəniyyət xadimləri iştirak və çıxış etdi.

TDSDF-nun prezidenti NÜSRƏT MƏMMƏDOVUN giriş sözündən sonra Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş "Dünya ilə dialoq " adlı sənədli filimdən qısa fraqmentlər nümayiş etdirildi.

Daha sonra TÜRK SOYun Baş Katibi Sultan Raev, Qazaxıstanın və Qırğızıstanın xalq şairi, Qazaxıstanın Milli qəhrəmanı, Nobel medalı mükafatı laureatı Muxtar Şaxanov, xalq yazıçısı Çingiz Abdullayev, akademik Nizami Cəfərov, akademik Yaqub Mahmudov, Samir Abbasov, Dr. Mona Zedan, Alyumkulova Kanykei, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova , Azərbaycan Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva, İstanbul İqtisadiyyat Universitetinin professoru Kerem Karabulut, Moskva Dövlət Universitetinin professoru Mehmet Perinçek, İspaniyadakı Azərbaycan Diasporunun rəhbəri Vahid imanov və bəndəniz Mən çıxış etdik.

Konfransda mərhum Öndərimiz HEYDƏR ƏLİYEVİN 100 illik yubileyi münasibətilə iştirakçıları adından Prezident İlham Əliyev cənablarına təbrik məktubunun göndərilməsi və belə bir tədbirin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilmiş ŞUŞA şəhərində keçirilməsi qərara alındı.

Təşkilat komitəsinin sədri NÜSRƏT MƏMMƏDOVA konfransa dəvət etdiyinə görə təşəkkürümü bildirirəm.