Ağdərə  rayonu  yenidən  yaradılır

HÜQUQ 20:42 / 20.11.2023 Baxış sayı: 1204

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.

Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq.

Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü.

1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilən Ağdərə rayonu 30 il ərazində Qarabağdakı xunta rejiminin nəzarətində qaldı. 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində qazanılmış tarixi qələbə işğal altında olan ərazilərimizn azad edilməsi ilə nəticələndi. Erməni hərbi birləşmələrinin təslim olmağa məcbur edilməsi və tərksilah olunması 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində mümkün oldu və bununla da Azərbaycanın ərszi bütövlüyünün bərpası prosesi başa çatdı.