Ağaevli Əli Hacıdan İKİ ŞEİR
Ruhun şad olsun, Şahım Xətai !
“Yer yox ikən,göy yox ikən”
Bir vaxt,bədənsiz ruh idim !
Yerə enib bəndələşdim,
Göy üzündə Allah idim !
Ləlim ilə torpaq olub,
Gövhərimi su eylədim !
Bütün dinlər geydi məndən,
Yedi məndən,söz demədim !
Daş atmadım Şeytanına,
Tanrı verən mələk bildim !
Bir tapdanan ah çəkdisə,
Od püskürən külək bildim !
Açdım özüm,öz yaramı,
Göydə Günəş,Ay eylədim !
Yerdə mənə daş atana,
Göy üzünə toy eylədim !
Bu havadan,bu torpağdan
Ağac-ağac barı verdim !
Mən,bu yerdə əkdiyimi,
Yer yox ikən,Tanrı verdi !
****
Yandı misram,
kül oldu bənd ,
oxunmadı kitablarım !
Gündəliyə testim oldu,
vərəq-vərəq əzablarım !
Canı yanmış bu gülə bax,
göz yaşımı suyu bilir !
Daş atıram qəm dalınca,
geri dönüb,oyun bilir !
Mən,kiməm günü oxşayam,
toxuyan əyri toxuyur !
Bülbüldə öz qəfəsində,
Mən,yazan şeri oxuyur !
Kənddə Əlizadə Nuri,
Şəhərdə bir Əli qalıb !
Qəribliyin havasını,
Saday , sözlə satin alıb !
Söz üstündə göz ağrıtdım,
döz,belə havadan gəlir !
Ölümünə söz deyirəm,
ölüm də,piyada gəlir !