Ağaevli Əli Hacı : - Ustad Vaqif Bayatlıya

Ədəbiyyat 21:01 / 26.05.2023 Baxış sayı: 232

 

Əvvəl səni üzdən sevdim,

göz gördükcə gözdən sevdim !

Qocaltdım hər gün üzümə,

qocalıb təzədən sevdim !

 

Açdım dərdimin yaxasın,

dəyişdi evin havası .

Sarıyıb günün yarasın,

günlərin özün də sevdim !

 

Göyündə çapdım atımı,

yudum,daradım vaxtımı .

Soyunub dağ paltarımı,

könlümün düzündə sevdim !

 

Bu Adamda-bir ocaqdı,

öz bəxtimi qucaqladım .

Bilirdim ki,yanacaqdım

içimin közündə sevdim !