Adil Şirin : - Sən bütün körpüləri...

Ədəbiyyat 15:05 / 08.11.2024 Baxış sayı: 1451

 

Sən bütün körpüləri,

Yandırmısan, sevgilim.

Geri dönmə, geri dönmə,

Geriyə yol yoxdur, gülüm.

 

Məhəbbət körpüləri,

Səadət körpüləri,

Sədaqət körpüləri

Od tutub yanır...

 

Ömrün axar suları

Axdı apardı səni.

Qara telə bəyaz gül

Taxdı apardı səni.

 

Sevda körpülərini

Yandırıb, yaxıb getdin.

Son bir dəfə gözlərimə

Baxıb getdin, baxıb getdin....

 

Göy suların üstünə

Soyuq qaranlıq çökdü.

Hicran rüzgarı əsdi,

Ulduzlar çiçək tökdü...

 

Sənlə mənim aramda

Bütün körpülər yanıb.

Qarşımızda keçilməz

Uçurumlar dayanıb...