Xatirə Rəhimbəyli : - Sən dövrana keç...

Ədəbiyyat 09:56 / 10.08.2025 Baxış sayı: 2702

 

Adın bir qorxulu kabusdu ,gəzir

Qırıq qəlb ,soluxmuş göz arasında.

Axşamdan səhərə ulayır adın ,

Viranə ürəyin xarabasında.

 

Daha sevgim məzar ,yaddaşım ilan ,

Gözlərim sulğuclu küp qpağıdır.

Zəngin xəyalların xəzinəsində,

Yaşıl-yaşıl yanan din bayrağıdır .

 

Mən daha nə deyim...Ömrüm nağıldı ,

Eh,orda sən vardın ,

Orda sən yoxsan ...

Dərədən sel kimi tökülən ömrüm

Bu ölümlü yoldan qayıdacaqsa...

 

Düşəcək bəxtimə üç alma onda ,

Bu payı özün böl,barı özün seç.

Mən qəm yedim doydum ,yerə keçəcəm ,

Sən buğda yemisən ,sən dövrana keç.