Xatirə Fərəcli : - Bir baxışın ağuşunda
Ədəbiyyat
21:15 / 27.07.2025
Baxış sayı: 1922
Bir baxışın ağuşunda
sonsuzluğa getmək,
bir yuxunun ətəyindən yapışıb
gecəni səhər etmək,
bir bəlkəyə dayaq verib,
dirək olmaq ümidə,
bir günü gözə alıb
yaşamaq,
yaşamaq...