Aida Adıgözəl : - Gəl...

Tamarzıyam səndə qalan günlərə,
bir qucaqlıq, bir sinəlik ölüm, gəl.
Həsrət adlı xərçəng sardı canımı,
ağrılara, acılara gülüm, gəl.
Coşub yenə içimdəki qəm, daşır,
al əlimdən bu kədəri sən daşı.
Yüküm ağır, yolum çətin, mən naşı,
gəl tufanım, gəl yağışım, selim, gəl.
Sən gedəli lal olmuşam, susuram,
xoş günlərim parça-parça, qusuram.
Tapdanmaqdan sınıq-sökük hasaram,
gəl dodağım, gəl ağzımda dilim, gəl.
Əcəl gəldi qapım döydü dünən də,
"gəl al" ‐ dedim həm cismimi, mənən də.
İtirmişəm vətənimi sinəndə,
yurdum-yuvam, kənd-kəsəyim, elim, gəl...