TƏBRİK!

Gündəm 08:52 / 11.04.2025 Baxış sayı: 1301



11 APREL - BU GÜN ailəmin və bütün həyatımın ən önəmli ŞƏXSlərindən biri, güvəncim, ümidim, Nigarın, Aysunun, Nərgizin və Fatehin qardaşı, nəvəm ATİLLA KİŞİNİN doğum günüdür. Onu bütün ürəyimlə, varlığımla bağrıma sıxıb öpürəm. Allahdan ona öncə can sağlığı və bir də adına, soyuna layiq övlad olmağı diləyirəm. Böyük və layiqli KİŞİ olsun Atillam! Oğlum Babvəkin OĞLU ATİLLA, UNUTMA-

Nəvələr DAVAMDI və GƏLƏCƏKDİ!

İnanıram ki, Sənin timsalında soyumun gələcəyi daha uğurlu GƏLƏCƏKDİR! Və bir də Sənin timsalında bu gün dühyaya gələn yaşıdlarının hamısını, eləcə də bütün övladları, nəvələri TƏBRİK edirəm! Allah SİZLƏRİ QORUSUN!

Qəlbimin hərarəti,
Canımım təpərisən.
Hər anımın güvənci -
Həm düşmən çəpərisən!

Adın igidlik rəmzi,
Dəcəlliyin yozulmaz,
Sən eviminşah  nəbzi,
Yazdığın da pozulmaz!

Hər gün daha həvəsli,
Daha çılğın olursan,
Sən həm uşaq nəfəsli,
Həmdə yaşa dolursan!

Böyüyür sənin ilə
Ümidlərim mənim də,
Deyim yadında saxla,
Ürəyimsən sinəmdə!

Səni  sevən  və  böyük  ümidlər  bəsləyən  baban   Əbülfət   Mədətoğlu