Əlizadə Nuri : - Mən bu qəmin mizaniyam

Gəmi birdi, gəmiçi min-
İndi necə tən olasan?
Sən dünən qürbət ölkəydin,
Bu gün də vətən olasan.
Mən bu qəmin mizaniyam,
Qızıl halı, mis halıyam.
Mən bir ac quş misalıyam-
Sən tapdığım dən olasan.
Bu dünya acı tənbəki,
Hamı çəkir, hamı çəkir...
...Gözlərimi sən qapa ki-
Son gördüyüm sən olasan...