Aləmzər Sadiqqızı : - Ozan qız...

Yağış yağır Göy ələyir dərdini,
Ancaq heç nə ürəyimi ovutmur.
Göz yaşlarım ürəyimi isladır,
Yağış yuyur...Günəş yoxdu qurutmur...
Külək döyür pəncərəni bayaqdan,
Bu sevgiyə ruhum nəsə boyanmır...
Tutunmağa bircə dənə səbəb yox...
Ölüb bütün xatirələr oyanmır...
Necə açır gözlərini sabaha...
Gündüzləri , gecələri ozan qız,
Adam yoxdu sirr sözünü danşsın,
dərd-sərini vərəqlərə yazan qız .