SÜLEYMAN   ABDULLA.: - DÜZƏLƏN DEYİL

Ədəbiyyat 20:19 / 15.09.2024 Baxış sayı: 685

 

Nə öyüd yeridir, nə də nəsihət,-

Deyir"lə düzələn deyil bu dünya.

Biri zəhmət çəkir, onu havayı

"Yeyir"lə düzələn deyil bu dünya.

 

Yox e, bədxahların düşməz surları,

Çoxdur əyrilərin oğru curları.

O qədər artıb ki, şərəşurları,

Xeyirlə düzələn deyil bu dünya.

 

Adam var yaxmaya yaxır mət kimi,

Yeyir çörək kimi, yeyir ət kimi...

Tamaşa eyləyib təbiət kimi,

Seyirlə düzələn deyil bu dünya.

 

Səsin kimə çatar...

ha bağır, ha sus,

Ya qızıl xırdala, ya qızıl qan qus.

Lap elə hər sözü dürr olsun, əfsus,

Şeirlə düzələn deyil bu dünya.