Kəramət : - Ədəbiyyatın TraMpı və  TraMpLini...

YAZARLAR 08:20 / 18.09.2024 Baxış sayı: 501

ƏdəBiYYatın TraMpı və  TraMpLini

...hardan ağlıma gəldi? Deməli, ABŞ-da , mənəgörə, ən təhlükəli adam (DÜnya üçün) Trampa ikinci sui-qəsd olub (mənə görə qurğu) və təbi ki, nə illətdisə, heç profesional deyillər. Bütün bunlar-məzuriyyətlər, zərərdidəlik siyasətdə xal toplamağın , kütlənin yazıqlıq hissini qabartmasının vasitəsi halına gəldi: Beləcə, ilkn ağla gələn Ərdoğan, Zelenski, və başqalarını sayın. Yəni bunlar siyasi oyundur və Tramp da bunun lap ağını çıxarıb.

Gerisi... ABŞ vətəndaşları işi.

Bizdə də kimsə əzabverici obraz-şair "İlahi" kəlmələriylə düşür ortalığa, aclıq-susuzluq, haqqı tapdanmış, hələ Müsavatçı-zadçı da olur, sonra olur xalq şairi və nəyinsə başı.

Yəni , "Məzur Obrazı" siyasətdə də, Ədəbiyyatda da sınanmış gedişdi...Bu obraz yazıqlıq kompleksi yaradır.

Ədəbiyyatımızda hamı bədbəxt, yalvarıcı, əqli-ruhi xəstəxanalıqdı.

İllər öncə yazdığım şeirə görə-obraza görə məni sevə bilməzsən ki...

Sən mənə gəlmək dilərsən

gəlirsən, gəlginən.

sən məndə ağlamaq-gülmək dilərsən,

Ağlayırsan, ağlaginən...

gülürsən, gülginən...

HƏ, İKİAYAQLI, MİSGİNİ SEVƏN MİSGİN, sənə qürurlu sevgi gərək deyil ...bu obraza-mənə nifrətin anlaşılandı.

Yazıqlıq aşılamayın, yazıq xalqa yazığınız gəlsin, yazıq şairlər.