Adilə Səfərovadan bir payız ŞEİRİ

Ədəbiyyat 10:02 / 18.09.2024 Baxış sayı: 1078

Payız mənə çox oxşayır

 

Hər fəsilin bənzəri var,

Payız mənə çoz oxşayır.

Naxışında köz zəri var,

Payız mənə çox oxşayır..

 

Bilinmir sevinci, qəmi,

Qurumaz könlümün nəmi.

Tufanlara dözən gəmi,

Payız mənə çox oxşayır.

 

Bulud-bulud axışıyla,

Çiskiniylə, yağışıyla.

Küskün-küskün baxışıyla

Payız mənə çox oxşayır.

 

Xəzanı yaşıldı.dünən,

Rüzgarlar diliylə dinən.

Sınıq qəlbi neyə dönən,

Payız.mənə çox oxşayır.